Moskvaya uçan dörd PUA Podolskda vurulub

Moskvaya uçan dörd PUA Podolskda vurulub backend

Moskvaya uçan dörd PUA Podolskda vurulub.

Apa-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Moskva vilayətinin Podolsk şəhərində hava hücumundan müdafiə qüvvələri dörd pilotsuz uçuş aparatının hücumunu dəf edib.

Moskva meri əlavə edib ki, ilkin məlumatlara görə, PUA-ların düşdüyü yerdə dağıntı və tələfat yoxdur.

Rosaviasiya-Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi bildirib ki, səhər saat üç radələrində Moskvanın Domodedovo hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bir saat sonra məhdudiyyətlər aradan qaldırılıb.
Rusiya Müdafiə Nazirliyi ötən gecə ərzində Ukraynaya məxsus 26 PUA-nın tutularaq məhv edildiyini açıqlayıb. PUA-lardan 17-si Bryansk vilayəti, 5-i Kaluqa vilayəti, 4-ü isə Moskva vilayəti üzərində vurulub.

Diaspora