İranın xarici işlər naziri Abbas Əraqçi iki ölkə arasında gərginliyin artması fonunda gələn həftə Pakistan və Hindistana rəsmi səfərə gedəcək.
Bu barədə “Mehr” agentliyi İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqaiyə istinadən məlumat yayıb.
Bazar ertəsi, mayın 5-də Əraqçi Pakistana səfər edəcək, orada ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşəcək, onlarla ikitərəfli münasibətləri, eləcə də regiondakı vəziyyəti müzakirə edəcək. Bundan sonra o, Hindistana gedəcək.
Aprelin 25-də İranın xarici işlər naziri bəyan edib ki, İslam Respublikası hazırkı vəziyyətdə Hindistan və Pakistana qarşılıqlı anlaşma tapmağa kömək etməyə hazırdır.