Rusiya bölgəsi dronların hücumuna məruz qalıb

Rusiya bölgəsi dronların hücumuna məruz qalıb backend

Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində iki Ukrayna dronunu vurub.

Ukrayna Silahlı Qüvvələri  pilotsuz uçuş aparatlarından istifadə etməklə Bryansk vilayətinə hücuma cəhd edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram-da məlumat yayıb.

Hava hücumundan müdafiə sistemlərinin bölgə üzərində iki pilotsuz təyyarəni məhv etdiyi bildirilir.

"Hücum cəhdi Moskva vaxtı ilə saat 20:45 radələrində baş verib", - Müdafiə Nazirliyi aydınlaşdırıb.

QAZİLER.AZ

Diaspora