İstanbulda terror əməliyyatı: 5 şübhəli tutuldu

İstanbulda terror əməliyyatı: 5 şübhəli tutuldu backend

İstanbulda DHKP/C, MLKP və TKP/ML terror təşkilatlarına qarşı keçirilən əməliyyatda saxlanılan 15 şübhəlidən 5-i həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən solçu terror təşkilatlarının fəaliyyətinin ifşası istiqamətində aparılan işlərdə polis qrupları tərəfindən saxlanılan 15 şübhəlinin polis bölməsində əməliyyatları tamamlanıb.

Şübhəlilərdən 3-ü polis idarəsindən sərbəst buraxılarkən, 12-si sağlamlıq müayinəsindən sonra Çağlayandakı İstanbul Ədliyyəsinə aparılıb.

Prokurorluq əməliyyatlarından sonra 5 şübhəli şəxs növbətçi məhkəməyə gətirilərək həbs edilib.

Hakim 7 şübhəli barəsində “evdən çölə çıxmamaq” da daxil olmaqla, məhkəmə nəzarəti tədbirinin tətbiqinə qərar verib.


İstintaq çərçivəsində DHKP/C terror təşkilatı tərkibində fəaliyyət göstərən 17, MLKP terror təşkilatı daxilində fəaliyyət göstərən 3, TKP/ML terror təşkilatı tərkibində fəaliyyət göstərən 1 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi qruplarının keçirdiyi əməliyyatda 15 şübhəli yaxalanıb.

Şübhəlilərdən ikisinin xaricdə, ikisinin isə həbsxanada olduğu öyrənilib, qaçan iki şübhəlinin tutulması üçün işlərin davam etdiyi bildirilib.

QAZİLER.AZ

Diaspora