F-16 qırıcılarının yeni partiyası tezliklə Ukraynada olacaq.
Qaziler.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski mayın 2-də Telegram-da hərbi aviasiya donanmasının inkişafı ilə bağlı müşavirənin yekunlarına dair məlumat verib.
"Bütün açar suallar. F-16-lar artıq Ukraynadadır. Yaxın gələcəkdə gözlədiyimiz F-16-lar. Və bizə hərbi aviasiyamızı daha səmərəli hazırlamağa və istifadə etməyə kömək edəcək sistemli həllər", - prezident deyib.
Zelenski həmçinin Ukraynanın səmada fəaliyyətini gücləndirən hər kəsə təşəkkür edib.
O, təyyarələrin dəqiq sayını və onların çatdırılma vaxtını açıqlamayıb.
QAZİLER.AZ