Binəli Yıldırım: TDT ölkələrinin Şimali Kiprə qarşı hər hansı mənfi mövqeyi yoxdur

Binəli Yıldırım: TDT ölkələrinin Şimali Kiprə qarşı hər hansı mənfi mövqeyi yoxdur backend

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Şimali Kipr Türk Cümhuriyyətinə qarşı hər hansı mənfi mövqeyi yoxdur.

Apa-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Şimali Kipr Türk Cümhuriyyətində TDT-nin Ağsaqqallar Şurasının iclasında Şuranın sədri Binəli Yıldırım bildirib.

O qeyd edib ki, mətbuatda yayılan bəzi xəbərlər Türk dövlətlərinin bir-birinə qarşı hörmət və sevgisini azaltmağa yönəlib, bu xəbərlərə ən gözəl cavab isə TDT-nin Ağsaqqallar Şurasının iclasının Şimali Kiprdə keçirilməsidir.

“Türk Dövlətləri Təşkilatının Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mənfi mövqeyi yoxdur, Şimali Kipr Türk Cümhuriyyəti ilə müşahidəçi statusuna malik ölkə kimi münasibətlərimizi inkişaf etdirəcəyik. Qeyri-məsələlər bizim gündəmimizə daxil deyil. Biz dünənə görə daha da güclüyük”, - Binəli Yıldırım vurğulayıb.

 

 

Diaspora