Qırmızı bülletenlə beynəlxalq axtarışda olan şəxslər xaricdə yaxalanıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında "Hansı ölkəyə qaçsalar da, bizdən qaça bilməyəcəklər. Onları bir-bir geri gətirəcəyik" başlıqlı paylaşım edib.
Yerlikaya qırmızı bülletenlə ilə axtarışda olan 4 nəfərin xaricdə tutulduğunu və onların ölkəyə ekstradisiyasının təmin edildiyini bildirib.
Yerlikaya tutulan şübhəlilərlə bağlı bu məlumatları paylaşıb:
“Qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarışda olan S.C. və Ö.A Almaniya və Kosovoda, milli səviyyədə axtarışda olan M.G. və S.E.Ö isə Gürcüstanda tutularaq ölkəmizə ekstradisiya ediliblər.
Ədliyyə Nazirliyimizə, Tbilisidəki səfirliyimizə, əməliyyatda iştirak edən nazirliyin əməkdaşlarına təşəkkürümü bildirirəm.
İnterpol-Avropol Departamentimizi, Artvin və İstanbul Vilayət Polis Müdirlərini və Qəhrəman Polislərimizi təbrik edirəm”.
QAZİLER.AZ