Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Şimali İraqda terrorçuların istifadə etdiyi mağaranın aşkar edilərək məhv edildiyini açıqlayıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, nazirliyin sosial media hesabındakı paylaşımda Şimali İraqda axtarış və yoxlama tədbirlərinin fasiləsiz davam etdiyi bildirilib və bunlar qeyd edilib:
"İraqın şimalındakı Pəncə-Kilit əməliyyatı bölgəsində axtarış və yoxlama fəaliyyətlərini davam etdirən qəhrəman Türk Silahlı Qüvvələrimiz terrorçuların istifadə etdiyi mağara aşkarlayıb. Yararsız hala salınan mağarada terrorçulara aid çoxlu sayda silah, sursat və xilasetmə vasitələri ələ keçirilib".
QAZİLER.AZ