“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı zamanı gəlincə Avropa dövlətlərində də keçiriləcək.
Bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
“Technofest”in digər Avropa ölkələrində keçirilməsini istərdik. Biz Avropada, o cümlədən Almaniyada yaşayan qardaşlarımız üçün “Technofest”in təşkil olunmasını istəyirik. Dost və qardaş ölkələrdə bu festivalı keçiririk. Zamanı gəlincə “Technofest” Avropa dövlətlərində də keçiriləcək", - o vurğulayıb.
Qeyd edək ki, Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci “Technofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.