Putin Böyük Vətən müharibəsinə həsr olunan mahnılardan danışıb

Putin Böyük Vətən müharibəsinə həsr olunan mahnılardan danışıb backend

Rusiya prezidenti Vladimir Putin “Yaltaya yol” Beynəlxalq Musiqi Festivalının iştirakçıları, təşkilatçıları və qonaqları qarşısında çıxış edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, o, çıxışında Böyük Vətən Müharibəsi mahnılarının dəyərindən danışıb.

Prezident diqqətə çatdırıb ki, hər il keçirilən festival çərçivəsində Dövlət Kreml Sarayının səhnəsindən Böyük Vətən müharibəsi, Vətən sevgisi haqqında hərbi mahnılar müxtəlif dillərdə səsləndiriləcək.

“İllər əvvəl yazılmış mahnılar bu gün də bizi ruhlandıran, birləşdirən, qorumalı və uşaqlarımıza, nəvələrimizə ötürməli olduğumuz mütləq tarixi və mənəvi dəyərdir”, - Putin deyib.

QAZİLER.AZ

Diaspora