Zelenski ofisinin keçmiş müşaviri Aretoviçə qarşı sanksiyalar tətbiq edib
Ukrayna prezidenti Vladimir Zelenski keçmiş ofis müşaviri Aleksiy Aretoviçə qarşı sanksiyalar tətbiq edib.
Qaziler.az bildirir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Sənəddə bildirilir ki, Aretoviç, xüsusən də Ukraynanın dövlət mükafatlarından məhrum ediləcək, aktivləri bloklanacaq, ticarət əməliyyatları aparmağa qadağa qoyulacaq və s.
Arestoviç 2023-cü ilin yanvarında Ukraynanın hava hücumundan müdafiə sistemlərinin işi nəticəsində Dneprdə çoxmərtəbəli binanın uçması barədə bəyanatından sonra Ukrayna prezident aparatının müşaviri vəzifəsindən istefa verib. Bundan sonra o, dəfələrlə ölkə rəhbərliyini tənqid edib. 2025-ci ilin martında Aretoviç Ukraynanın gələcəyi üçün Zelenskini vəzifədən uzaqlaşdırmağı məsləhət görüb.
QAZİLER.AZ