Salome Zurabişvili trola çevrilib - Xviçiya

Salome Zurabişvili trola çevrilib - Xviçiya backend

"Salome Zurabişvili, xüsusən də prezidentlik müddəti başa çatdıqdan sonra, bəzən bir şey, bəzən də başqa şey söyləyən trola çevrilib və onsuz da çaşqın olan müxalifəti daha da çaşdırır".

Qaziler.az "qruziya -onlayn"a istinadən bildirir ki, bunu "Qirçi"partiyasının lideri Yaqo Xviçiya Gürcüstanın keçmiş prezidenti Salome Zurabşivili haqda deyib.

“Koalisiya hökuməti ideyasında qəbahət yoxdur, sadəcə olaraq, onun  hərəkətlərindən, minlərlə koalisiyadan, nizamnamələrdən və digər cəfəngiyyatlardan sonra Salome Zurabişvili koalisiya hökuməti haqqında danışanda, koalisiya hökuməti ideyası nə qədər ciddi olsa da, o, ciddi görünmür”, - deyə Yaqo Xviçiya bildirib.

Dünən “Müqavimət Platforması”nın Aİ ölkələrinin səfirləri ilə görüşündən sonra Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili bəyan edib: “Biz təkcə parlament seçkilərinə deyil, həm də növbəti günə, yəni koalisiya hökumətinə hazır olmalıyıq”.

QAZİLER.AZ

Diaspora