Gürcüstanın Çiatura şəhərində Beynəlxalq Zəhmətkeşlərin Həmrəyliyi Gününə həsr olunmuş mitinq keçirilir.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, etirazçılar saxlanılan dörd şaxtaçı və aclıq aksiyası keçirən insanlarla həmrəy olduqlarını bildirirlər.
Aksiya iştirakçılarının sözlərinə görə, bu gün həmrəylik əlaməti olaraq Çiaturanın ümumtəhsil məktəblərində tədris prosesi dayandırılıb.
Hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri mədənçilərə dəstək olmaq üçün Çiaturaya gəliblər və yerli sakinlər də aksiyaya qoşulub.
Mitinqdə mədənçilər aksiya iştirakçılarına qarşı qara piar kampaniyasının aparıldığını bildiriblər. Mitinqdə çıxış edənlərin qeyd etdiyi kimi, "Şukruti" mədəninin direktorunun sonradan etirazçıları həbs etmək məqsədi ilə özünə bədən xəsarəti yetirdiyini istisna etmirlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Çiaturanın mərkəzinə səfərbər edilib.
QAZİLER.AZ