Rusiyanın əməkdar artisti 103 yaşında vəfat edib

Rusiyanın əməkdar artisti 103 yaşında vəfat edib backend

Rusiyanın əməkdar artisti İrina Kostrova 103 yaşında vəfat edib

Qaziler.az bildirir ki, bu barədə mayın 1-də "Moskoncert"in baş direktoru İlya Baçurin məlumat verib.

"İrina Vasiliyevna,sevimli, inanılmaz dərəcədə incə və gözəl! Əlvida! Xatırlayırıq, sevirik...", - o, Telegram kanalında yazıb.

Sənətçinin ölüm səbəbi məlum deyil. Kostrova ilə vida mərasimi mayın 4-də saat 12:00-da "Moskoncert Hall"da olacaq.

İrina Kostrova Mariya Knebelin rəhbərliyi altında Jeleznodorojnı Teatrında, eləcə də Lenkom və Taqanka teatrlarında çalışıb. Aktrisa bütün karyerası ərzində “Fırtına”, “Ögey ana”, “Hiyləgərlik və məhəbbət”, “Optimist faciə”, “Dvoryan yuvası” kimi tamaşalarda baş rolları ifa edib.

QAZİLER.AZ

Diaspora