Belarus hakimiyyəti həbsdə olan Amerika vətəndaşını azad edib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində məlumat verib.
Xarici siyasət idarəsinin rəhbəri azad edilmiş amerikalının kimliyini açıqlamayıb. CNN mənbəyə istinadən qeyd edir ki, bu, Belarusun müxalif siyasətçisi Yuri Zenkoviçdir.
Bildirilir ki, Sentyabrda Belarusda hakimiyyəti ələ keçirməyə cəhdə görə 2022-ci ildə 11 il müddətinə azadlıqdan məhrum edilən Yuri Zenkoviç Aleksandr Lukaşenkodan üzr istəyib və ondan əfv diləyib.
QAZİLER.AZ