Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, son üç ildə o, tez-tez Kreml divarları arasında gecələyib. O, ilk dəfə "Rusiya. Kreml. Putin. 25 il" sənədli filminə verdiyi müsahibədə Kremldəki mənzilini göstərib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, fraqment jurnalist Pavel Zarubinin Telegram kanalında yerləşdirilib.
Videoda Putin və Zarubinin Rusiya liderinin mənzilinə daxil olduğu görünür. Prezidentin arxasında bir neçə dəfə hörmət etdiyini bildirdiyi imperator III Aleksandrın portreti görünür.
Jurnalist Putindən:“Deməli, siz tez-tez burada gecələyirsiniz?” sualına: "Burada əsasən son üç ildə" deyə cavab verib.
Pəncərənin yanındakı ağ royal da kameranın baxış sahəsində olub. Rusiya lideri etiraf edib ki, o, çox nadir hallarda çalır. Bundan sonra Putin qonağına kitabxana, iki yataq otağı və “ev kilsəsi”ni göstərib.
QAZİLER.AZ