Tbilisinin Qldani rayonunda heyvanlar üçün sığınacaq tikiləcək - Kaladze

Tbilisinin Qldani rayonunda heyvanlar üçün sığınacaq tikiləcək - Kaladze backend

Tbilisi meri və “Gürcü Arzusu”nun baş katibi Qldani rayonunda müasir standartlara cavab verən heyvan sığınacağı tikiləcəyini bildirib.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, o, yaxın vaxtlarda tikintiyə başlanılacağını da bildirib.

Kaladze: "Tiflisdə əsas problemlərdən biri evsiz heyvanlardır ki, bu da sakinlərin böyük narahatlığına səbəb olur. Heyvanlara Nəzarət Agentliyinin sterilizasiya istiqamətində aktiv fəaliyyətinə baxmayaraq, evsiz heyvanların sayı artmaqda davam edir və mövcud sığınacaq yükün öhdəsindən gələ bilmir.

Bu səbəbdən Qldani ərazisində müasir standartlara cavab verəcək yeni sığınacaq tikmək qərarına gəldik. Artıq şirkətlə müqavilə imzalanıb və yaxın vaxtlarda tikintiyə başlanılacaq.

Layihəyə fərdi korpusların, laboratoriyanın, əməliyyat otaqlarının, əməliyyatdan sonrakı otaqların və ən müasir avadanlıq və texnologiya ilə təchiz edilmiş digər zəruri infrastrukturun tikintisi daxildir”, - deyib.

Bələdiyyə sədri vurğulayıb ki, yeni sığınacaq 24 saat fəaliyyət göstərəcək.

Lakin Kaladze sığınacağın nə vaxt tikiləcəyini və hansı ildə fəaliyyətə başlayacağını dəqiqləşdirməyib.

QAZİLER.AZ

Diaspora