Mayın 9-da Ukrayna ilə Rusiya arasında 3 günlük atəşkəs "kağız üzərində" ola bilər, lakin işğalçıların əslində atəşi dayandıracağını söyləmək çətindir. Ukraynanın mövqeyi Pasxa bayramında “atəşkəs” adlanan zamankı kimi ola bilər.
Qaziler.az bildirir ki, bunu RBC-Ukrayna YouTube kanalına şərhində Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Qüvvələrinin hərbçisi, hərbi ekspert Aleksandr Musienko bildirib.
"Bu, açıq sualdır, mənim buna yekun cavabım yoxdur. Daha doğrusu, "kağız üzərində olan" atəşkəslə reallıqdakı atəşkəs arasında fərq qoyaq. Əgər "kağız üzərində" dedeyiriksə, belə olacağını düşünməyə meylliyəm. Üç günlük olanı nəzərdə tuturam", - Musienko deyib.
Onun fikrincə, Ukraynanın mövqeyi qondarma Pasxa atəşkəsi zamanı olduğu kimi ola bilər.
"Ukrayna prezidentinin deyəcəyi odur ki, düşmən hara zərbə vursa, biz cavab verəcəyik, harda sakitlik olarsa, hücum etməyəcəyik. Aprelin 20-də olduğu kimi, hamımız gördük", - ekspert əlavə edib.
O xatırladıb ki, bəzi ərazilərdə həqiqətən də hərbi əməliyyatların intensivliyi azalıb, hətta bəzi yerlərdə sükut hökm sürür. Ancaq Rusiyanın hücum hərəkətləri etdiyi, FPV dronlarından, artilleriyasından istifadə etdiyi və hətta hücumlar etdiyi bir çox hallar olub.
QAZİLER.AZ