İran limanındakı partlayışın başvermə anının yeni videogörüntüləri yayıldı

İran limanındakı partlayışın başvermə anının yeni videogörüntüləri yayıldı backend

İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanındakı güclü partlayışın başvermə anının görüntüləri yayılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Görüntülərdə kisələrin yük maşınından konteynerə köçürüldüyü və bu zaman qığılcım yarandığı, ardınca isə partlayışın baş verdiyi kadrlar əks olunub.

Xatırladaq ki, aprelin 26-da Şəhid Rəcai limanında kimyəvi maddələr anbarında partlayış baş verib. Hadisə nəticəsində azı 70 nəfər həlak olub, 1.2 mindən çox insan xəsarət alıb. İran Daxili İşlər Nazirliyi hadisəni səhlənkarlıqla əlaqələndirir. İran tərəfi zərərçəkmiş ərazidə hərbi yüklərin olduğunu inkar edir.

Diaspora