Kazanda elektrik qatarı dəmir yolu yaxınlığında dayanan 12 yaşlı məktəbli qızı vurub.
Qaziler.az bildirir ki, bu barədə "Mash İptash" Telegram kanalı məlumat yayıb.
İlkin məlumata görə, qız gəzinti zamanı rəfiqəsinə relslərdən görünən gözəl yeri göstərmək istəyib. Bir anda qatar onlara yaxınlaşıb. Bir məktəbli qız digərini geri çəkməyə çalışsa da, qatar yenə də onu vurub.
Toqquşma nəticəsində hər iki qız bəndin üzərinə düşüb. Vurulan şəxsin başından xəsarət aldığı məlum olub. Hazırda o, huşsuz vəziyyətdədir, zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
QAZİLER.AZ