Gürcüstan məhkəməsi Panama bayrağı altında üzən gəmini cərimələyib

Gürcüstan məhkəməsi Panama bayrağı altında üzən gəmini cərimələyib backend

Gürcüstan məhkəməsi Panama bayrağı altında üzən gəmini dənizi çirkləndirdiyinə görə 100 min lari məbləğində cərimələyib.

Qaziler.az qruziya-onlayn-a istinadən bildirir ki, Poti Şəhər Məhkəməsi gəminin Ətraf Mühitə Nəzarət Departamentinin və Sərhəd Polisinin əməkdaşları tərəfindən tərtib edilmiş protokolu pozduğunu müəyyən edib.

Panama bayrağı altında üzən gəmiyə yalnız cərimənin tam ödənilməsindən və ətraf mühitə dəymiş ziyanın ödənilməsindən sonra Gürcüstanın ərazi sularını tərk etmək və üzməyə davam etmək hüququ verilib.

Departament dənizin çirklənməsinin müəyyən edilməsi, qarşısının alınması və onunla mübarizənin agentliyin əsas prioritetlərindən biri olaraq qaldığını bildirib.

Onların məlumatına görə, bu il artıq xarici gəmilərlə bağlı 4 dəniz çirklənməsi faktı qeydə alınıb. 2024-cü il ərzində 16 belə hal olub.

QAZİLER.AZ

Diaspora