Rusiyanın Podolsk şəhərində nəqliyyat şirkətinin anqarında qaz-hava qarışığı partlayıb, nəticədə iki işçi xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə aprelin 29-da Moskva vilayətinin prokurorluğu məlumat yayıb.
"Podolsk şəhərinin Pleşçeyevskaya küçəsindəki nəqliyyat və logistika şirkətinin anqarlarından birində təmir işləri zamanı qaz-hava qarışığının partlaması baş verib", - Telegram kanalı bildirib.
İdarədən qeyd edilib ki, hadisə nəticəsində iki fəhlə yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.
QAZİLER.AZ