UTX Rusiya agentini saxladı

UTX Rusiya agentini saxladı backend

Çerniqovda bir nəfər "Molotov kokteyli" ilə hərbi komissarlığıı yandırmağa cəhd edib. Hadisəni törədən şəxs saxlanılıb və onu on ilə qədər həbs gözləyir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukraynanın Çerniqov vilayəti üzrə Təhlükəsizlik Xidmətinə (UTX) istinadən xəbər verir.

Yerli ərazi çağırış və sosial yardım mərkəzinin inzibati binasını yandırmağa cəhd edən Çerniqov sakini Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatı tərəfindən aşkar edilib.

İstintaqın məlumatına görə, yanğına cəhddə şübhəli bilinən şəxs əvvəllər narkotik saxlamaqda ittiham olunan 41 yaşlı kişidir.

QAZİLER.AZ

 

 

Diaspora