Rusiya Müdafiə Nazirliyi Kursk yaxınlığındakı döyüşlərdə iştirak edən KXDR əsgərlərinin təlimini əks etdirən kadrları nümayiş etdirib.
Kursk vilayəti uğrunda döyüşlərdə iştirak edən KXDR-dən olan əsgərlərin hazırlığı videoya çəkilib.
Qaziler.az bildirir ki, Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi videoda əllərində silah olan əsgərlərin komandirin göstərişlərini yerinə yetirərək poliqonda hərəkət etdiyi görünür.
Təlim zamanı təlimatçı əsgərlərə düşməni düzgün nişan almağı, hücumlardan yayınmağı, yerdə və səngərdə hərəkət etməyi izah edib.
Şimali Koreya əsgərləri məşq meydançasında qaçaraq onlara verilən tapşırıqları sürətlə yerinə yetiriblər.
Videoçarxın sonunda əsgərlər marşla öz ana dilində mahnı oxuyublar.
QAZİLER.AZ