Rusiya prezidenti Vladimir Putin “Qələbə günü”nün 80-ci ildönümündə “humanitar səbəblərə görə” müharibədə müvəqqəti atəşkəs elan edib.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Rusiya prezidentinin saytına istinadən xəbər verir.
Kremldə qeyd edildiyi kimi, “atəşkəs” mayın 7-dən 8-ə keçən gecə yarısından 10-11-i gecə yarısına kimi davam edəcək. Bu müddət ərzində Rusiya tərəfi “bütün hərbi əməliyyatları dayandırmağa” söz verir.
Rusiya Ukrayna tərəfini bundan “nümunə almağa” çağırır və “atəşkəs”in pozulması halında “cavab verəcəyi” ilə hədələyir.
QAZİLER.AZ