Türkiyənin Samsun şəhərinin Canik rayonunda baş verən torpaq sürüşməsində yanacaqdoldurma məntəqəsinin yanındakı avtoyuma məntəqəsində ata və iki qızı üzərinə daş və torpaq düşməsi nəticəsində həlak olub.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, yerli vaxtla saat 23:00 radələrində Samsun-Ordu magistral yolunda yerləşən ticarət mərkəzinin yanında yerləşən avtoyuma parkına sürüşmə baş verib və əraziyə qaya parçaları düşüb.
Xəbərdarlığın ardından hadisə yerinə AFAD, xilasetmə, polis və sağlamlıq qrupları gəlib.
Torpaq altında qalan 4 nəfərlik ailədən olan 31 yaşlı ana Çiğdem Kaya yaralı halda xilas edilib. Xilasedicilər ata Adəm Kaya və uşaqları 7 yaşlı Ayla Kaya və 5 yaşlı Açelya Lina Kayaya çatdı. Torpaq altından çıxarılan ata və iki övladının həyatını itirdiyi bildirilib.
Yaralanan ana Çiğdem Kayanın Samsun Təhsil və Araşdırma Xəstəxanasında əməliyyat olunduğu və əməliyyatın davam etdiyi bildirilib.
Samsun valisi Orhan Tavlı bildirib ki, ailə avtomobilini yuyarkən torpaq sürüşməsi baş verib.
QAZİLER.AZ