Kiyev artıq ABŞ-ın dəstəyinə arxalana bilməz.
Qaziler.az profile.ru-ya istinadənbildirir ki, o, bu barədə “Velikiy Lvov danışır” YouTube kanalına müsahibəsində bildirib.
"Etiraf etmək nə qədər kədərli olsa da, Amerika getdi, biz artıq Amerikaya nə indi, nə də ortamüddətli perspektivdə, hətta Tramp getdikdən sonra da arxalana bilmərik", - Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri qeyd edib.
Onun sözlərinə görə, Ukrayna rəhbərliyi Donald Trampın bir iş adamı kimi sərfəli təkliflə razılaşa biləcəyini gözləməklə səhv edib.
Kuleba əlavə edib ki, indiki Tramp biznesmen deyil. O, puldan, tariflərdən, rəqəmlərdən çox danışsa da, əslində o, özünü dünyanı dəyişmək istəyən bir inqilabçı kimi görür.
QAZİLER.AZ