İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb

İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb backend

İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.

“Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.

Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.

"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir. 

Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.

Diaspora