İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında partlayışdan sonra bütün dəniz əməliyyatları dayandırılıb.
“Report” xəbər verir ki, bunu Hörmüzqan vilayətinin Limanlar və Dəniz Təşkilatının rəis müavini İsmayıl Makizadə deyib.
“Yanğının söndürülməsi üçün qüvvələrin daha çox cəmlənməsinə ehtiyacı nəzərə alınaraq, təhlükəsizlik məqsədilə bütün liman və dəniz əməliyyatları dayandırılıb”, - o bildirib.
Qeyd edək ki, bu gün günorta saatlarında Şəhid Rəcai limanında güclü partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər ölüb, 500-dən çox insan yaralanıb. İran hökumətinin sözçüsü Fatemeh Mohacerani deyib ki, hadisə kimyəvi anbarda baş verib. Lakin konkret səbəb açıqlanmayıb.