Tbilisinin Rustaveli prospektində etiraz aksiyası yenidən başlayıb

Tbilisinin Rustaveli prospektində etiraz aksiyası yenidən başlayıb backend

Gürcüstanın paytaxtı Tbilisidə, Rustaveli prospektində etiraz aksiyası yenidən başlayıb.

Qaziler.az-ın "qruziya-onlayn"a istinadən məlumatına görə, 5 aydan artıqdır ki, fasiləsiz etiraz aksiyası keçirən vətəndaşlar etiraz əlaməti olaraq Rustaveli prospektinə çıxıb, nəqliyyatın hərəkətini kəsiblər.

Aksiya iştirakçıları “Oliqarxiyaya atəş!”, “Rusiya rejiminə yox!” şüarları səsləndiriblər. .

İctimai Yayım binasına toplaşan etirazçılar da parlament binasına toplaşanlara qoşulacaq.

Nümayişçilərin tələbləri dəyişməz olaraq qalır: yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.

Parlament qarşısına toplaşan etirazçılar İctimai yayım binasının qarşısında mitinq keçirənlərlə birləşəcək.

QAZİLER.AZ

Diaspora