Ozurqetidən Tbilisiyə gedən sərnişin qatarında yanğın baş verib.
Qaziler.az "qruziya onlayn"a istinadən xəbər verir ki, Gürcüstan Dəmir Yolları sərnişinləri dərhal təxliyə etdiklərini bildirib.
Məlumata görə, ölən və xəsarət alan olmayıb.
Yanğın vaqonlardan birində ölkənin mərkəzi hissəsində Qomi-Ağara hissəsi ilə hərəkət edərkən başlayıb. Hadisə yerindən çəkilmiş kadrlarda alov görünsə də, Gürcüstan Dəmir Yolları hadisəni “tüstü” adlandırır.
QAZİLER.AZ