Zelenski Papanın dəfn mərasiminə gedə bilməyəcək

Zelenski Papanın dəfn mərasiminə gedə bilməyəcək backend

Ukrayna prezidenti Vladimir Zelenski Papa Fransiskin dəfn mərasimi üçün Vatikana getməyə bilər. Amma Ukrayna orada təmsil olunacaq.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Ukrayna dövlətinin başçısı Svyatoşinski rayonunun atəşə tutulması nəticəsində dağılmış evin qarşısına gül dəstəsi qoyarkən deyib.

O, dəfn mərasimində Ukraynanın təmsil olunmasının vacib olduğunu qeyd edib. Səbəb təkcə Vatikanla yaxşı münasibətlər deyil, həm də Vatikanın ukraynalı uşaqların geri qaytarılmasında və məhbus mübadiləsində köməyi, habelə Papa ilə şəxsi yaxşı münasibətlərdir.

Prezidentin sözlərinə görə, Ukrayna Vatikana və İtaliyaya başsağlığı vermək istəyir.

QAZİLER.AZ

Diaspora