Ankarada müxtəlif cinayətlərə görə axtarışda olan 980 nəfər tutulub

Ankarada müxtəlif cinayətlərə görə axtarışda olan 980 nəfər tutulub backend

Ankara valiliyi polis və jandarmanın keçirdiyi əməliyyatlarda müxtəlif cinayətlərə görə axtarışda olan 980 nəfərin tutulduğunu bildirib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, bu barədə valilikdən açıqlama verilib.

Açıqlamaya görə, polis və jandarma qrupları tərəfindən 18-24 aprel tarixləri arasında axtarılan şübhəlilərin tutulması üçün geniş iş aparılıb.

Bu çərçivədə 5-i 20 il və daha çox cəzası olan, 23-ü 10 il və daha çox cəzası olan, 51-i 5-10 ilə, 311-i 5 ilə qədər cəzası olan 980 nəfər tutulub.

Həmçinin bildirilib ki, ifadələrinin alınması üçün axtarılan 590 şübhəli də var.

QAZİLER.AZ

Diaspora