Rusiyanın Zabaykalye diyarında meşə yanğınları başlayandan Fövqəladə Hallar Nazirliyi 30 yaşayış məntəqəsini yanğının yayılmasından mühafizə edib.
Qaziler.az bildirir ki, bu barədə aprelin 25-də Rusiya Fövqəladə Hallar Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
"Zabaykalyedə yanğın təhlükəli dövr başlayandan bəri 30 yaşayış məntəqəsi yanğının yayılmasından mühafizə olunub. Beş km-lik zonada 9,9 min hektar ərazini əhatə edən üç aktiv ocaq var. Son 24 saat ərzində yanğınsöndürənlər Tunqokoçenski və Çernişevski rayonlarında məskunlaşan əraziləri mühafizə ediblər", - deyə məlumatda bildirilir.
İdarədən əlavə ediblər ki, mütəxəssislər 52 hektar sahədə alovu söndürərək Jireken kəndinə keçməsinin qarşısını ala biliblər. Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Zelenoe Ozero kəndini də yanğından mühafizə ediblər.
Bildirilir ki, hazırda yaşayış məntəqələri üçün təhlükə yoxdur.
QAZİLER.AZ