“Heç kim Qazaxıstan vətəndaşlarına hansı dildə danışmalı olduqlarını deyə bilməz”.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib. O vurğulayıb ki, bu, həm şəxsi söhbətlərə, həm də ictimai çıxışlara aiddir.
“Qazaxıstanda heç kimin insanlara şəxsi ünsiyyətdə və ictimai çıxışlar zamanı hansı dildə danışmalı olduqlarını məcbur etmək hüququ yoxdur. Bu mövzuda cəmiyyətimizdə nifaq salmaq və ölkədə sabitliyi pozmaq məqsədi daşıyan bütün təxribat xarakterli hərəkətlərə son qoyulacaq və qanunla cəzalandırılacaq”, - deyə Tokayev bildirib.
QAZİLER.AZ