Qaribaşvili siyasətdən getdiyini elan edib

Qaribaşvili siyasətdən getdiyini elan edib backend

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Qaribaşvili siyasətdən getdiyini elan edib.

“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə partiyanın ofisində keçirdiyi brifinqdə bildirib.

"Bu gün sizə siyasətdən getmək qərarımla bağlı məlumat vermək istəyirəm. Bildiyiniz kimi, son bir neçə həftə ərzində gələcək siyasi fəaliyyətimlə bağlı spekulyasiyalar səngimir. Buna görə də cəmiyyət qarşısında mövcud suallara dolğun cavab verməyə borcluyam", - İ.Qaribaşvili qeyd edib.

İ.Qaribaşvili 2024-cü il fevralın 1-də hakim partiyanın sədri seçilmişdi.

O, iki dəfə Gürcüstanın Baş naziri olub.

Diaspora