Rusiyada qatar yük maşını ilə toqquşub

Rusiyada qatar yük maşını ilə toqquşub backend

Rusiyanın Leninqrad vilayətində qatar yük maşını ilə toqquşub.

Qaziler.az bildirir ki, bu barədə aprelin 24-də Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, yük maşını "Lujskaya" stansiyasında svetaforun qırmızı işığında yaxınlaşan qatarın qarşısından dəmir yoluna çıxıb. Sürücü təcili əyləci tətbiq etsə də, toqquşma  baş verib.

"Leninqrad-Finlandiya Nəqliyyat Prokurorluğu dəmir yolu nəqliyyatının istismarı zamanı yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericiliyə əməl olunmasını yoxlayır", - Telegram kanalında bildirilir.

İdarədən əlavə ediblər ki, hadisə yerində qatarların hərəkətində heç bir gecikmə qeydə alınmayıb.

QAZİLER.AZ

Diaspora