Rusiya Silahlı Qüvvələrinin kütləvi zərbələrindən sonra ukraynalıların səbri tükənə bilər
Qaziler.az xarici bətbuata istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski Cənubi Afrikada keçirdiyi brifinqdə deyib ki, Ukraynaya hücumlar davam edərsə, ukraynalıların səbri tükənə bilər.
O, aprelin 24-nə keçən gecə ölkənin hərbi obyektlərinə baş verən kütləvi raket hücumunu belə şərh edib.
"Əgər Rusiya atəşkəsə hazır olduğunu deyirsə, Ukraynaya kütləvi zərbələri dayandırmalıdır. Çünki ukraynalıların səbri tükənəcək", - Zelenski vurğulayıb.
QAZİLER.AZ