Rusiyanın Kiyevə zərbəsi: ölənlərin sayı artdı - FOTO

Rusiyanın Kiyevə zərbəsi: ölənlərin sayı artdı - FOTO backend

Aprelin 24-nə keçən gecə rusların birgə hücumu nəticəsində Kiyevdə ölənlərin sayı artıb. Dağıntıların təmizlənməsi davam edir.

Qaziler.az bildirir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Teleqramda  məlumat yayıb.

“Yerli vaxtla saat 16:20-yə olan məlumata görə, Rusiyanın raket zərbəsi nəticəsində həlak olanların sayı 9-a çatıb”, - xilasedicilərin bəyanatında deyilir.

Onlar Svyatoşinski rayonunda 27 yaşlı qızın meyitini evin dağıntıları altından çıxardıqlarını bildiriblər.

Axtarış-xilasetmə əməliyyatları və  təmizləmə işləri davam edir.

Yenilənib 18:05

Xilasedicilər aydınlaşdırıblar ki, Svyatoşinski rayonunda daha bir nəfərin cəsədini dağıntılar altından çıxarıblar.

"Yerli vaxtla saat 16:45-ə olan məlumata görə, Rusiyanın paytaxta endirdiyi zərbə nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, 90 nəfər yaralanıb", - Fövqəladə Hallar Dövlət Xidməti dəqiqləşdirib.

QAZİLER.AZ

Diaspora