Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov Astanaya rəsmi səfərə gələn Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı general Seyid Asim Munirlə danışıqlar aparıb.
QAZİLER.AZ bildirir ki, bu barədə kazinform xəbər verir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, son on ildə bu səviyyəli ilk görüşdür və bu da iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinə marağın artdığını göstərir.
Tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini, o cümlədən sülhməramlı fəaliyyət, hərbi-texniki əməkdaşlıq, tibbi təminat, döyüş hazırlığı və xüsusi əməliyyat qüvvələrinin hazırlığını müzakirə ediblər. Qazaxıstan tərəfdaşlığın dərinləşdirilməsində mühüm addım olacaq sülhyaratma üzrə beynəlxalq müqavilə imzalamağa hazır olduğunu bildirib.
Müdafiə naziri general-polkovnik Ruslan Jaksılykov Pakistanın bir sıra hərbi sahələrdə mühüm təcrübəyə malik olduğunu və Qazaxıstanın bilik və təcrübə mübadiləsini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
General Seyid Asim Munir səmimi qəbula görə minnətdarlığını bildirib və Pakistan tərəfinin müzakirə olunan bütün sahələrdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
QAZİLER.AZ
