Gürcüstanın baş naziri İrakli Kobaxidze ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, Hökumət administrasiyasının məlumatına görə, görüşdə ATƏT ilə əməkdaşlıq məsələləri, regiondakı vəziyyət və Gürcüstanın qarşısında duran vəzifələr müzakirə olunub.
“Baş nazir Gürcüstana səfərinə və sıx əməkdaşlığa görə ATƏT-in baş katibinə təşəkkür edib.
Gürcüstanın demokratik prinsiplərə, insan haqlarına və qanunun aliliyinə sadiqliyi bir daha vurğulanıb.
Tərəflər Gürcüstanın işğal olunmuş ərazilərindəki mövcud vəziyyəti müzakirə ediblər. Qeyd olunub ki, Gürcüstan tərəfi ATƏT-in Cenevrə Beynəlxalq Müzakirələrində həmsədrliyini və insidentlərin qarşısının alınması və cavab tədbirləri mexanizmi formatında iştirakını yüksək qiymətləndirir. Gürcüstan hakimiyyətinin sülhsevər siyasətə sadiqliyi vurğulanıb.
Hökumət administrasiyasında baş tutan görüşdə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasının vacibliyinə və Gürcüstanın bununla bağlı həyata keçirdiyi səylərə xüsusi diqqət yetirilib.
QAZİLER.AZ