Krokus terrorçusunun qulağı dini səbəblərdən kəsilib.
Qaziler.az "Tsarqrad"a istinadən xəbər verir ki, ötən ilin martında "Krokus Siti Holl"da törədilən terror aktının iştirakçılarından birinin qulağı dini səbəblərə görə kəsilib.
Müxbir Oleq Belikov terrorçuların tutulmasının təfərrüatlarını təqdim edir - onun sözlərinə görə, terrorçuların saxlanılmasında iştirak edən döyüşçülərdən biri yüksək rütbəli məmurlar tərəfindən dindirildikdən sonra cinayətini etiraf edib.
"Bəziləri inanırlar ki, Uca Allah ölmüş müsəlmanların ruhlarını qulaqlarından çəkərək cənnətə aparır. Görünür, döyüşçülərdən biri canavarı belə bir şərəfdən məhrum etmək qərarına gəlib", - Belikov bildirib.
"Crocus City Hall"da terror aktı 2024-cü il martın 22-də axşam, Piknik qrupunun orada konsert verməli olduğu gün baş verib. Tamaşanın başlamasına az qalmış dörd silahlı şəxs binaya soxularaq hamını fərq qoymadan atəşə tutmağa başlayıb. Həm foyedə, həm də konsert zalında atəş açılıb.
QAZİLER.AZ