Moldova xüsusi xidmətinin keçmiş əməkdaşı bu səbəbdən Rusiyadan qovuldu

Moldova xüsusi xidmətinin keçmiş əməkdaşı bu səbəbdən Rusiyadan qovuldu backend

Kəşfiyyat məlumatları toplamaq üçün Rusiyaya gələn Moldova xüsusi xidmət orqanının keçmiş əməkdaşı ölkədən çıxarılıb.

Qaziler.az bildirir ki, bu barədə aprelin 23-də Rusiya nın Federal Təhlükəsizlik Xidməti məlumat verib.

“Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidmətinin (İSS RM) keçmiş əməkdaşı, Moldova Respublikasının vətəndaşı Dmitri Rusnakın fəaliyyəti dayandırılıb”, - deyə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi  məlumat yayıb.

Həmin şəxsin Rusiya Federasiyasına 2024-cü ildə missiya ilə gəldiyi, onun çərçivəsində Rusiya rəhbərliyinin Moldova ilə bağlı iddia edilən planları, Kişinyov istiqamətində fəaliyyətlə bağlı Rusiya Federasiyasının təhlükəsizlik və digər strukturlarının nümayəndələri haqqında məxfi məlumat toplamalı olduğu bildirilir.

Qeyd olunur ki, o, Moldova kəşfiyyatının maraqları naminə Rusiya Federasiyasında özünü leqallaşdırmağa cəhd edib: "O, Rusiyanın rifahı naminə sədaqət və əməkdaşlıq etmək istəyi nümayiş etdirməli idi. Lakin poliqrafiya sayəsində onun ölkəyə kəşfiyyat və təxribat məqsədi ilə gəldiyini müəyyən etmək mümkün olub".

Rusnak Rusiya Federasiyasının təhlükəsizliyinə real ziyan vura bilməyib, ona görə də  Rusiyadan qovulub.

Həmin şəxsə 60 il ölkəyə giriş də qadağan edilib.

QAZİLER.AZ

 

Diaspora