Aprelin 23-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 130-dan çox pilotsuz təyyarə buraxıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə istinadən yazır.
“Aprelin 23-nə keçən gecə düşmən 134 zərbə PUA (digər tipli imitasiyalar) ilə hücuma keçib”, - məlumatda deyilir.
Rusiya aşağıdakı ərazilərdən pilotsuz təyyarələr buraxıb:
Kursk, Bryansk, Oryol;
Primorsko-Axtarsk, Çauda, Qvardeyskoye (Krım).
Verilən məlumata görə, Ukraynanın hava hücumundan müdafiə qüvvələri pilotsuz təyyarələrin yarısını vurub.
QAZİLER.AZ