Rusiya Xarkovu “Molniya” dronları ilə vurdu, yanğın başlayıb

Rusiya Xarkovu “Molniya” dronları ilə vurdu, yanğın başlayıb backend

Bu gün, aprelin 22-də axşam saatlarında rus işğalçıları Xarkovu pilotsuz təyyarə ilə vurublar. Saltovski rayonunda qaraj yanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Telegram-da Xarkov meri İqor Terexova istinadən məlumat yayıb.

"Xarkov yenidən düşmən PUA-nın hücumuna məruz qalıb. "Molniya" dronları zərbəsi nəticəsində Saltovski rayonunda qaraj yanır", - Terexov yazıb.

Onun sözlərinə görə, Rusiyanı bu hücumu nəticəsində insan tələfatı qeydə alınmayıb.

Eyni zamanda, “gəlişin” nəticələrinə dair məlumatların toplanması davam edir.

QAZİLER.AZ

Diaspora