Rusiyada minik avtomobili ilə avtobus toqquşdu, 11 uşaq xəsarət aldı

Rusiyada minik avtomobili ilə avtobus toqquşdu, 11 uşaq xəsarət aldı backend

Leninqrad vilayətində minik avtomobili və avtobusun iştirakı ilə baş verən qəza nəticəsində 11 uşaq xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə aprelin 22-də Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Yenilənmiş məlumata görə, Qatçina rayonunda avtobusun iştirakı ilə baş verən qəzada 11 uşaq xəsarət alıb", - Telegram kanalında deyilir.

Qəza bu gün səhər saatlarında Siverskaya - Drujnaya Qorka - Kurovitsı yolunun 9-cu km-də baş verib. Müəyyən edilib ki, Drujnaya Qorka kəndindən Orlino istiqamətində hərəkətdə olan “Renault Logan” markalı xarici avtomobilin sürücüsü qarşıdan gələn zolağa çıxıb. Nəticədə o, içərisində uşaqlar olan "PAZ" markalı avtobusla toqquşub.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.

QAZİLER.AZ

Diaspora