Ukrayna Rusiya ilə istənilən formatda danışıqlara hazırdır: Zelenski şərti açıqladı

Ukrayna Rusiya ilə istənilən formatda danışıqlara hazırdır: Zelenski şərti açıqladı backend

Ukrayna Rusiya ilə ikitərəfli danışıqlara başlaya bilər. Belə dialoq tam atəşkəsdən sonra mümkündür.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat konfransına istinadən məlumat yayıb.

Ukrayna prezidenti hesab edir ki, rusiyalılar Kremlin eyhamlarına baxmayaraq, Ukrayna ilə birbaşa danışıqlar aparmaqdan qorxurlar. Onun sözlərinə görə, bu siqnallar ya ABŞ-ın danışıqlar prosesindən çəkiləcəyi qorxusundan, ya da əksinə, Vaşinqtonun bu prosesdə iştirakını dayandırmaq istəyindən xəbər verə bilər.

"Hər hansı danışıqlara gəlincə - nəticələr haradadır? Əgər ruslar tam atəşkəsə hazır olsalar, Biz müddəti başa düşərək onlarla danışıqların istənilən formatına hazırıq”, - deyə Zelenski əlavə edib.

QAZİLER.AZ

Diaspora