Prezident Vladimir Zelenski Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək.
RBC-Ukrayna xəbər verir ki, bu barədə Zelenski jurnalistlərlə söhbəti zamanı deyib.
Xatırladaq ki, daha əvvəl RBC-Ukrayna mənbələri Zelenskinin Roma Papası Fransiskin dəfn mərasimində iştirak edə biləcəyi barədə məlumat vermişdi. Prezident ofisi Zelenskinin təqvimini planlaşdırmaq üçün dəfn tarixini gözləyirdi.
Daha sonra dövlət başçısının kommunikasiyalar üzrə müşaviri Dmitri Litvin Zelensinin birinci xanımla birlikdə Papanın dəfn mərasiminə getməyi planlaşdırdığını bildirib.
“Prezidentin birinci xanımla birgə səfəri planlaşdırılır", - o, deyib.
QAZİLER.AZ