Rusiyada baş verən partlayışın səbəbləri məlum olub, yanğın söndürülür - YENİLƏNİB

Rusiyada baş verən partlayışın səbəbləri məlum olub, yanğın söndürülür - YENİLƏNİB backend

Rusiyanın Vladimir vilayətindəki hərbi hissədə yanğın nəticəsində baş vermiş partlayışın səbəbi məlum olub.

Apa xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğına səbəb təhlükəsizlik tələblərinin pozulması olub.

"Yanğın nəticəsində anbarda saxlanılan döyüş sursatları işə düşüb. Yanğının söndürülməsi üçün hərbi hissənin və Fövqəladə Hallar Nazirliyinin müntəzəm yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğın söndürülür", - məlumatda qeyd olunub.

İlkin məlumata görə, tələfat yoxdur.

***

18:28

Partlayışdan sonra Vladimir vilayətinin Kirjaçsk rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Apa xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

18:01

Rusiyanın Vladimir vilayətində partlayışlar baş verib.

Apa “Baza” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkələrdə partlayışların videolarını yayımlayıblar.

Hadisə vilayətin Kirjaçsk rayonunda baş verib.

Yerli sakinlərin sözlərinə görə, hərbi hissənin ərazisində partlayış səsləri qeydə alınıb.

Vladimir vilayətinin qubernatoru Avdeev partlayışın baş verməsini təsdiqləyib. O, jurnalistləri və blogerləri cərimə ilə hədələyərək rəsmi məlumat istisna olmaqla, onlardan əlavə məlumat yaymamağı tələb edib.

Onun sözlərinə görə, hadisə yerində aidiyyət qurumlar çalışır. Ətraflı məlumat daha sonra veriləcək.

Baş verən partlayışlardan sonra yeddi yaşayış məntəqəsinin sakinləri təxliyə olunur. Həmin yaşayış məntəqələri partlayış yerindən 5 kilometr radiusda yerləşir.

Diaspora