Rus Coğrafiya Cəmiyyətinin Həştərxan vilayəti üzrə bölməsinin rəhbəri Pyotr Buxaritsin Xəzər dənizinə ekspedisiya zamanı yoxa çıxıb.
Qaziler.az bildirir ki, TASS bu barədə regional FTB-yə istinadən xəbər verir.
76 yaşlı alimin yaşayışın olmadığı Ukatnı qum adasına ekspedisiya zamanı yoxa çıxdığı məlum olub. Alim aprelin 19-dan axtarılır.
FTB əlavə edib ki, mütəxəssislər axtarış aparmaq üçün bir ədəd sərhəd gözətçi gəmisi və iki qayıqdan istifadə ediblər.
QAZİLER.AZ